Foruma dəvət

Ölkəmizdə insan resurslarının inkişafı istiqamətində bilik və təcrübələrin paylaşılması üçün peşəkar spikerlərin öz təcrübələrini bölüşdüyü Milli İnsan Resursları Forumu 2015-ci ildən etibarən hər il ənənəvi olaraq keçirilir.

 2026-cı ildə artıq 9-cu dəfə təşkil olunacaq forum 16 may 2026 tarixində insan resursları sahəsinin aparıcı mütəxəssislərini, liderlərini və peşəkarlarını bir araya gətirəcək. Mövzusu, keçirilmə formatı və tətbiq etdiyi yeniliklərlə hər il fərqlənən forum bu dəfə də sektorda aktual çağırışları və gələcək trendləri müzakirə platformasına çevirəcək.

 Bir tam günü əhatə edən tədbirdə 700-dən çox peşəkar iştirakçı və 15+ spikerin iştirakı nəzərdə tutulur. “Yeni Reallıq” konsepti mesajı ilə 9-cu Milli İnsan Resursları Forumunun panelləri üzrə əsas müzakirə istiqaməti olacaq və insan kapitalının strateji roluna xüsusi diqqət yetiriləcək.

Baku Heart Days
0
×
×